31 Mart 2015 16:02
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclərin III Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb.

Bunu Teleqraf.com-a açıqlamasında festivalın icraçı direktoru Sənan Əlləz deyib. Onun sözlərinə görə, martın 27-i Bakı, Ucar, Naxçıvan, Şamaxı, İmişlini təmsil edən 120-yə yaxın gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında və məşqlərdə iştirak etmək üçün GİN-nin Şüvəlanda yerləşən düşərgəsinə toplaşıb. O bildirib ki, art - kampın keçirilməsində məqsəd gənclər arasında həm ünsiyyətin, həm də yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır: "Kamplarda tanınmış sənət adamları- A.Şaiq adına Dövlət Kukla teatrının baş rejissoru Qurban Məsimov, əməkdar artistlər Firdovsi Atakişiyev, Nofəl Vəliyev, rejissor Cavid Təvəkkül, YUĞ Dövlət Teatrının direktoru Tərlan Rəsulov 3 gün ərzində gənclərə teatr sənəti ilə bağlı bir çox incəliklərdən bəhs ediblər. Mükəmməl teatr üçün məktəb və peşəkarlığın vacib olduğunu diqqətə çatdıran sənətçilər ustad dərslərini əvvəlcə gənclərlə dialoq üzərində qurublar. Xüsusilə vurğulanıb ki, əsl aktyor olmaq üçün üç şərt vacibdir: Allah vergisi olan istedad, onu cilalamaq üçün çəkilən zəhmət və bəxt-şans. Bu şansı qaçırmamaq üçün nə etməli - aktyor bəzi səviyyəsiz serial, ya tamaşalarda ona təklif olunan rollardan boyun qaçırıb, daha ciddi iş gözləməlidirmi? Müasir qonorarlar gənc aktyorların ürəyincədirmi? Niyə bu qədər yaradıcı potensialımızın olmağına rəğmən, Azərbaycan kinosunun sorağı hələ də "Oskar" mükafatının təqdimatı ya "Kann" kimi prestijli festivallardan gəlmir? Bu kimi sualları cavablandıran sənətçilərin köməyilə daha sonra gənc aktyor və rejissorlar improvizə olunmuş səhnəciklər - etüdlər quraraq, tərəf-müqabili anlamaq, hiss etmək üçün hansı texnikaların daha təsirli olduğunu sınaqdan keçiriblər".

O, həmçinin əlavə edib ki, martın 30-dan etibarən Bakıdan 8 peşəkar və həvəskar teatr nümayəndələri, habelə Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa "ağ ölüm" adlandırılan bəlanı cəmiyyətdən, xüsusilə də gənclərimizdən uzaq tutmağın yollarını göstərən 12 tamaşa ilə üç gün ərzində Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcəklər. Təsadüfi deyil ki, festivalın sloqanı olaraq, məhz "NARKOSTOP" seçilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər