“Gündəlik Teleqraf” qəzetinin redaktoru Dilqəm Əhmədin “İçərişəhər” Kitab Evində “Tək Dahi” adlı kitabının təqdimatı olub.
Tarixi və ədəbi mövzuda 18 məqaləsinin yer aldığını deyən müəllif bu kitabın davamı olaraq yaxın aylarda “Fərqlilər” adlı başqa bir kitabının da nəşr ediləcəyini bildirdi. “Fərqlilər” kitabında Azərbaycan Cümhuriyyətinə və klassiklərimizə aid ilk dəfə yayımlanacaq sənədlərin, fotoların olduğunu bildirən müəllif hazırda kitabın redaktə mərhələsində olduğunu qeyd etdi.
Gələcək planlarından danışan müəllif hazırda jurnalist və tarixçi Ruslan Rəhimovla birlikdə “Ağaoğlular” adlı kitab üzərində işlədiklərini bildirdi. Həmin kitabda Azərbaycan və Türkiyə tarixində önəmli rol oynamış Əhməd bəy Ağaoğlu və övladları Səməd Ağaoğlu, Sürəyya Ağaoğlu və Tezer
Taşkıran haqqında ilk dəfə yayımlanacaq bilgilərin və bəlgələrin olacağını qeyd etdi.