“Azərbaycanfilm”in yeni istehsalı olan “Dərs” filminin treyleri yayımlanıb.
Telqraf.com xəbər verir ki, dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkilib.
Qeyd edək ki, film may ayının 5-də Nizami Kino Mərkəzində təqdim olunacaq
Teleqraf.com filmin treylerini təqdim edir:
Nərmin