20 Aprel 2015 14:30
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda “EkoLogika” layihəsi baş tutub

“Addım” Gənclər Təşkilatı Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə “EkoLogika” layihəsini gerçəkləşdirir. Layihə çərçivəsində ilk olaraq Lənkəran şəhərində “Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlim həyata keçirilib.

Bu barədə Teleqraf.com-a “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə məlumat verib. Onun sözlərinə görə, təlim Lənkəran şəhərində yerləşən Gənclər mərkəzində həyata keçirilib: “Təlimdə 30 gənc iştirak edib. Təlimçi Tofiq Sadıxov mövzu ilə ətraflı məlumat verib, gənclərlə maraqlı müzakirələr aparıb. Eyni zamanda layihənin promo videosu nümayiş olunub”.

O qeyd edib ki, layihə çərçivəsində yekun tədbir və təlimlər 22 Aprel “Dünya Yer Günü”ndə isə Bakıda keçiriləcək: “Təlimlər saat 17:00 da Ramada Hoteldə olacaq. Saat 19:00 da isə dövlət rəsmilərinin, şirkət nümayəndələrinin, səfirlik əməkdaşlarının, QHT nümayəndələrinin və gənclərin iştirak edəcəyi bağlanış mərasimi olacaq. Tədbirdə layihənin promo videosu və məhşur fransız rejisoru Yann Artus Bertrandın “Home” (Ev) filmi nümayiş olunacaq. Dünyanın bir çox ölkələrində qadağan olunan film Azərbaycanda rəsmi icazə ilə göstəriləcək”.

Qeyd edək ki, “Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlimdə iştirak etmək istəyən gənclər ADDIM gənclər təşkilatının facebook səhifəsinə və ya [email protected] elektron ünvanına yaza bilərlər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər