23 Aprel 2015 15:13
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Addım” Gənclər Təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə “EkoLogika” layihəsinin yekun tədbirini gerçəkləşdirib.

Dünya Yer günündə baş tutan tədbirin birinci hissəsində təlimçi Tofiq Sadıxov gənclərlə interaktiv təlim keçib. İkinci hissədə isə təşkilat sədri Hüseyn Cavadzadə qonaqları salamlayıb. Daha sonra layihədə fəal olan gənclərə diplomlar və təbiətin bir hissəsi olan simvolik köklü bitkilər təqdim olunub. Ardınca dünyanın bir çox ölkələrində yayımı qadağan olunan “Home” filmi nümayiş olunub.

Qeyd edək ki, film 30 il ərzində dünyanın müxtəlif ölkələrində hava şarından çəkilib. Filmdə yer kürəsinin üzləşdiyi əsas ekoloji problemlərdən bəhs olunur. Tədbirin digər özəlliyi isə gənclərin aksiyaya dəstək məqsədi ilə flashmob olaraq “yaşıl geyim” dress kodu ilə gəlmələri olub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər