25 Aprel 2015 14:54
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Almaz Mustafayeva vaxtilə səhnədə oğlan rolları oynamasından danışıb.

Aktrisa Publika.az-a açıqlamasında məhz həmin rollarla məşhurlaşdığını deyib: “Boyum balaca idi, səsim də uşaq səsinə bənzəyirdi. Bundan istifadə edən rejissorlar mənə oğlan rolu verirdilər. Başıma papaq qoyurdum, oğlan kimi qrimlənirdim. O vaxtlar bu rollar çox məşhur idi, şəhərdə gəzə bilmirdim. Bütün uşaqlar küçədə dalımca qaçıb mənə söz atırdılar”.

Həmin günlərin həsrəti ilə yaşadığını deyən aktrisa indiki tamaşaçılarından da narazı deyil: “Sağ olsun, tamaşaçılarım, məni küçədə görən kimi yaxınlaşır, xoş sözlər söyləyirlər. Amma o dövr tam başqa idi, aktrisaya, aktyora qeyri-adi insan kimi baxırdılar”.


Müəllif: