5 May 2015 14:12
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 9-da rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" bədii filminin təqdimatı keçiriləcək.

"Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş film Nizami Kino Mərkəzində təqdim ediləcək.

Əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Böyük vətən müharibəsi qəhrəmanı yaşının ahıl çağında doğma Qarabağın müdafiəsinə qalxır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir.

Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova və başqaları çəkiliblər.

Nərmin


Müəllif: