Musiqilı Teatrın aktyoru, xalq artisti İlham Namiq Kamal Birinci Avropa Oyunlarından danışıb.
Teleqraf.com xəbər verir ki, iyun ayının 12-də Azərbaycanda start veriləcək "Bakı-2015" İlk Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini qeyd edən aktyor bu tədbirin möhtəşəm təşkil olunacağına əmindir: ”Bu ölkədə yaşayan ziyalılarımız, sənətkarlarımız, zəhmətkeşlərimiz, bir sözlə, hər kəs “Bakı-2015" Birinci Avropa Oyunlarını bayram kimi qarşılamalıdır. Bu oyunlar zamanı bütün dünyada Azərbaycan haqda danışacaqlar. Artıq indidən bu proses başlayıb. Dünya dövlətləri Azərbaycandakı inkişafdan, quruculuqdan yazır, çəkirlər. Oyunlar zamanı ölkəmizə gələn qonaqlar yalnız Bakı şəhərində deyil, eyni zamanda, bölgələrdə də olacaqlar. Bilirsiniz ki, Bakı ilə yanaşı, Azəraycanın bölgələrində çox güclü infrasturktur işləri görülür. Gələn qonaqlar da bu infrasturkturla yaxından tanış olacaqlar. Hər birimiz evimizə gələn qonağı necə qarşılayırıq? Hamımız çalışırıq ki, qonaq gələndə ona yüksək səviyyədə qulluq edək ki, evimizdən xoş təəssüratlarla ayrılsınlar. Siz təsəvvür edin ki, bu qonaq bütün ölkəyə, məmləkətə gəlir. O baxımdan gələn qonaqların hər birini yüksək səviyyədə qarşılayıb, yüksək səviyyədə də yola salmaq lazımdır”.
Xalq artisti bildirib ki, oyunların Azərbaycanda keçirilməsi idmançılarımıza əlavə stimul verəcək: “Azərbaycanın idmançıları heç vaxt zəif olmayıblar. Onlar layiqli rəqiblər, güclü idmançılardırlar. Oyunların ölkəmizdə keçirilməsi onlara stimul verəcək. Hər biri öz vətənində bütün qabiliyyətini göstərib, medallar əldə edəcək. Mən alqışlayıram və çox sevinirəm ki, Birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilir”.
Nərmin