Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Misirin nüfuzlu “Əl-Masr Əl-Yaum” qəzetinin müşaviri May Azzamın bu qəzetdə məqaləsi dərc edilib.
Teleqraf.com-un məlumatına görə, müəllif məqalədə Bakıya səfəri çərçivəsində Muzey Mərkəzi, Teatr Muzeyi, Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyində olduğunu və onlarla bağlı təəssüratlarını yazaraq, dövlətimizin mədəniyyət sahəsinə diqqət və qayğısını yüksək qiymətləndirib. M.Azzam, həmçinin Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən söz açıb və 1908-ci ildə nümayiş olunmuş “Leyli və Məcnun” operası barədə məlumat verib.
Azərbaycanın mədəniyyətinin zəngin olduğunu vurğulayan müəllif xalq artisti Nəsibə Zeynalovadan danışaraq onu Misirin tanınmış incəsənət ustası Mari Muniblə müqayisə edib. Jurnalist Misirdəki muzeylər barədə məlumat verərək, ölkədə teatr muzeyinin açılması ilə bağlı çoxlu təkliflərin olmasına baxmayaraq, bu sahədə konkret addımın atılmadığını təəssüflə bildirib.
Məqalənin tam mətnini aşağıda qeyd olunan linkdən oxumaq mümkündür: