Gənc yazar Vasif Əlihüseynin “Qanun” nəşriyyatında “Divara yazılmış AZADLIQ sözü” adlı kitabı dərc olunub. Kitabda gənc yazarın şeir və esseləri toplanıb.
Kitabın redaktoru və ön sözün müəllifi Məlahət Yusifqızıdır.
Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai-siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq-ədalət, sevgi mövzuları da önə gəlir. Müşahidə dəqiqliyi, özünəməxsus yanaşma tərzi, mövzu rəngarəngliyi müəllif yaradıcılığının oxucu sevgisi qazanacağına əminlik yaradır.