1 İyul 2015 19:17
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək. Teatrdan Teleqraf.com-a verilən məlumata görə, yaradıcı heyət görkəmli dramaturq və ictimai xadim M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası ilə iyul ayının 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.

Teatrdan bildirilib ki, 87-ci teatr mövsümü Dövlət Gənc Tamaşaçılar Teatrı üçün yeni səhnə əsərləri, Beynəlxalq festivalları, qarşılıqlıq yaradıcılıq mübadilələri baxımdan olduqca uğurlu olub. Belə ki, teatr mövsümün ilk günlərində I Şəki Beynəlxalq Teatr Festivalı, Belarus Respublikasının Brest şəhərində keçirilmiş XIX “Belaya Veja” (“Ağ qala”) Rusiyanın Perm şəhərində I Beynəlxalq Martin MakDonax Festivallarında uğurlu iştirakı, Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutmuş rejissor laboratoriyası, III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində bir sıra xarici teatrların rəhbərləri ilə keçirilmiş görüş, əməkdar artist Nofəl Vəliyev Türkiyə Cumhuriyyətinin Antaliya Böyükşəhər Bələdiyyə Teatrının dəvətilə sözügedən teatrda hazırladığı “Gec qalanlar”, baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında səhnələşdirdiyi yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın”, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyevin görkəmli Azərbaycan yazıçı - dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırladığı eyniadlı tamaşalar, 2 fevral Gənclər Günü münasibətilə teatrın istedadlı və gənc aktrisası Səbinə Məmmədovanın “2014-cü ildə uğurlu fəaliyyətinə görə “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”na layiq görülməsi buna misaldır.

Həmçinin mövsüm ərzində əməkdar artist Şövqi Hüseynovun “Debüt” nominasiyası üzrə “Zirvə” mükafatı, teatrın istedadlı aktyoru Məhərrəm Musayevin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı və teatrın daha bir qocaman aktyoru, əməkdar Artist Rahib Əliyevin Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilməsi, teatrın iki gənc və istedadlı aktyoru – Günel Məmmədova və Eşqin Quliyevin Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində uğurlu iştirakı, 4 uşaq, 5 böyük olmaqla ümumilikdə 9 yeni səhnə əsərinin tamaşaçılara təqdim olunması artıq özlüyündə teatrın əldə etdiyi nailiyyətləri əks etdirir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər