10 İyul 2015 14:36
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Şeyx Əbdül Mahmudbəyov "İrsimiz" verilişini yenidən bərpa edəcək.

Bunu Teleqraf.com-a açıqlamasında rejissor özü deyib: "Hazırda "İrsimiz" verilişini bərpa edirəm. Layihənin üzərində gərgin iş gedir. O verilişdə elmi əsaslarla çox böyük gözlənilməz hadisələr, faktlar açılacaq. Və şərtim o olacaq ki, veriliş eyni vaxtda bir neçə dildə bir neçə ölkəyə yayımlansın. Yəni Biləcəri səddini aşmalıyıq. Burada yığılıb qəhrəmanlıqdan danışırıq, amma bizi dünya başa düşmür. Və Azərbaycanda televiziya alimləri, ekspertləri bir sözlə, qəhrəmanları peyda olub. Onların hamısı Biləcəriyə qədər gedir. Oradan o tərəfə keçmirsə, bunun anlamı da yoxdur".

Azərbaycanın kino sahəsində gənclərin işləmək həvəsini yüksək qiymətləndirən rejissor bunun bəhrəsini görəcəyimizi deyir:

"Təəssüflər olsun ki, Azərbaycanda silsilə filmlər deyil, tək-tük filmlər çəkilir. Texnikası, texnologiyası bizim olmayan filmlər...Amma yaxşı ki, gənclər nələrsə çəkməyə çalışırlar. Ümumiyyətlə, bu şəraitə, bu vəsaitə indiki elmi texniki bazanın olmadığı bir yerdə böyük kino mədəniyyətimizi yaratmaq gülməli səslənir. Amma mən sevinirəm ki, pisdən yaxşıdan uşaqlarımız işləyir. Əgər iş gedirsə, deməli, zamanla nəticəsi də olar”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər