Avstraliyanın “Woods bagot” bürosunun memarları Adelaida şəhərində “Sahmri” Tibbi-Elmi Tədqiqat Mərkəzinin layihəsini hazırlayıblar.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu mərkəzin layihəsindəki fərqləndirici cəhət fasadın innovasiyalı dizaynının hər zaman dəyişən ətraf mühitə uyğunlaşa bilməsidir. Layihə müəlliflərinin fikrincə, fasadda işlənmiş çıxıntılar təbii şəraitə reaksiya verərək sanki canlı orqanizm kimi işləyir. Bu üçbucaqlı çıxıntıların hər biri xüsusi çətirlə örtülərək, şarnir mexanizmin köməkliyi ilə açılıb bağlanır və binaya düşən təbii işığın miqdarını tənzimləyir. Binanın ən gözəl elementlərindən biri isə mərtəbələri birləşdirən ağ rəngli burulmuş pilləkəndir.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm