Yazdığı çoxsaylı yazılar ilə öz oxucu auditoriyasını formalaşdırmağı bacaran gənc yazıçı Ülviyyə Tahirin “Buqələmun” romanı işıq üzü görüb.
“Buqələmun” bir qadının müxtəlif həyat mərhələlərində başına gələn amansız, gözlənilməz hadisələri əks etdirən özünəməxsus bir əsərdir. Romanda cəmiyyətin aynası olan bir ailədən və monoton həyat sürən bir insanın ruhunda baş vermiş dəhşətli dəyişikliklərdən söhbət açılır.
Maraqlı üslubu ilə seçilən əsərdə insana təsir edən yalnız hadisələrin gedişatı yox, həm də böyük sarsıntı keçirən bir ailənin ehtiyac duya biləcəyi önəmli psixoloji məsələlərin də yer almasıdır.
Kitab nəfis tərtibatla “Parlaq İmzalar” Nəşriyyatında işıq üzü görüb və artıq paytaxtın kitab mağazalarında satışdadır.
“Buqələmun” romanını onlayn şəkildə də sifariş etmək mümkündür və kitab bütün Azərbaycana üzrə pulsuz çatdırılır.