21 Avqust 2015 19:45
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Samirə son vaxtlar efirdə görünməməsinin səbəbini açıqlayıb.

Bu barədə Teleqraf-com-a danışan sənətçi xroniki yorğunluq yaşadığını dilə gətirdi: “Əsəb gərginliyi keçirmişdim. Həkim məsləhəti ilə hər şeydən uzaq dururdum və sağlamlığıma görə heç yerə çıxmırdım. Bundan sonra yaradıcılığımda yeniliklər olacaq”.

Şou nümayəndələrindən danışan Aşıq Samirə onları ikiüzlülükdə günahlandırdı: “Bəzi şou nümayəndələri kiminsə “tırkası”na gedirlər. Yerli-yersiz hərəkət edirlər. Bilmirəm bunları qızışdırırlar, yoxsa reklam məqsədi ilə belə edirlər? Mən istəmirəm ki, insanlar onların belə münasibətlərini görüb, sabah da onları öpüşüb, görüşən görəndə tamam başqa fikirdə olsunlar. İnsanların gözündə cılızlaşmasınlar. Mənim də kiminləsə problemim olur, amma onu efirdə bildirmirəm. Özünə zəng edib həll edirəm”.

Həsənova Rəqsanə


Müəllif:

Oxşar xəbərlər