4 Sentyabr 2015 21:57
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səviyyəsiz adamlar bütün insanların zövqünü korlayıblar”

“Ümumiyyətlə, Azərbaycan televiziyalarına baxmıram”. Bunu Teleqraf.com-a xalq artisti Rasim Balayev bildirib.

Onun sözlərinə görə, televiziyanı zəbt edənlərin üzündən onlara baxmır: "Verilişlərin də keyfiyyəti çox aşağıdır və səviyyəsiz adamlar bütün insanların zövqünü korlayıblar. Sənət adlı bir şey yoxdur. Kanalın rəhbərləri verilişlərə nəzarət etməlidirlər. Mən nə deyə bilərəm ki...Ancaq bir tamaşaçı kimi səviyyəli və maarifləndirici verilişlərin yayımlanmasını istərdim. Boş-boş sözlər, mövzular, kim-kiminlə ailə qurur, kim boşanır və s. tamaşaçının nəyinə lazımdır? Verilişlərdə gənc nəsil üçün ibrətamiz mövzular qoyulmalı və müzakirə edilməlidir. Bizim kanallarda da qeyd etdiyim halların heç biri yoxdur. Ucuz şeylərdir. Bundan sonra da verilişlərə getmək fikrim yoxdur. Verilişdə iştirak etmək üçün səbəb olmalıdır və bunlar yoxdursa, niyə getməliyəm?”.

Şəkər xəstəliyindən əziyyət çəkən xalq artisti mütəmadi olaraq dərman da qəbul etdiyini vurğuladı.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər