“Azər Paşa Nemətov bir-bir aktyorları çağırır, danışırıq, şikayətlərimiz bildiririk və qeydlər aparır”.
Bu sözləri Teleqraf.com-a xalq artisti Firəngiz Mütəllimova bildirib.
O qeyd edib ki, onları narahat edən Azər Paşa Nemətov deyil, direktor İsrafil İsrafilovdur: “Gözləyirik ki, teatrın direktoru dəyişsin, amma dəyişmir. Mənə elə gəlir ki, İsrafil müəllim direktorluq vəzifəsindən çıxmayana qədər bu söz-söhbətlər olacaq. Əgər İsrafil müəllim teatrı doğrudan da bu qədər sevirsə, onun yerinə olsaydım, aktyorlarla vidalaşıb işdən çıxardım. O zaman daha da hörmətli olardı. Düşünərdik ki, bizi saydı. Nə prinsiplə vəzifəsində oturub bilmirik? Bütün problemlərimizə Azər Paşa müəllim qulaq asır. Bilir ki, kimin dərdi nədir? Onun özünə və şəxsiyyətinə çox böyük hörmət edirik. Ən əsası odur ki, aktyora qiymət verir”.
Xalq artisti onu da qeyd etdi ki, Akademik Milli Dram Teatrı sentyabrın 18-də “Qarabağnamə” tamaşası ilə mövsümü açır: “Tamaşada mən də oynayıram. Çox təəssüf olsun ki, tərəf müqabilim İlham Əsgərovu itirmişik. Hazırda tamaşada əməkdar artist Kazım Abdullayev oynayacaq”.
Rəqsanə