Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin müsabiqəsinə start verilib.
Teatrdan Teleqraf.com-a verlən məlumata görə, teatr marketinq üzrə mütəxəssislərin işə qəbulunu elan edir. Qəbul kastinq yolu ilə həyata keçiriləcək. İşə götürülənlərə 2 aylıq marketinq üzrə hazırlıq kursları keçiriləcək.
Kurslarda tanınmış və peşəkar teatr xadimləri teatrın tarixi və struktur quruluşu, marketoloqlar isə teatrda menecer ve onun fəaliyyət növləri barədə ətraflı bilgilər verəcəklər.
Kastinqin əsas şərtləri: ali təhsil, Azərbaycan dilində səlis danışıq qabiliyyəti, boy ölçüləri - qadınlar üçün 1.60 m-dən yuxarı, kişilər üçün 1.70 m-dən yuxarı olmasıdır.
Kursları uğurla başa vuran mütəxəssislər yüksək maaşla təmin olunacaqlar. İşlə bağlı müraciət etmək istəyən yaşı 22-35 arası qızlar və oğlanlar (012) 493-88-52 (kadrlar şöbəsi) və (012) 493-65-78 (marketinq şöbəsi) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Nərmin