Azərbaycan Teatr Xadimləri İttifaqı oktyabrda üç teatr xadiminin yubileyini keçirəcək.
Bu barədə "Report"a Teatr Xadimləri İttifaqından məlumat verilib.
Oktyabrın 5-də əməkdar artist Məcnun Hacıbəyovun 80 illik yubileyi, oktyabrın 19-da Kukla Teatrının aktyoru, mərhum Ruslan Həsənovun 70 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
Oktyabrın 26-da isə xalq artisti, rejissor Ağakişi Kazımovun 80 illik yubileyi Teatr Xadimləri İttifaqında qeyd ediləcək.