30 Sentyabr 2015 21:12
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Forbes" jurnalı "Microsoft" şirkətinin təsisçisi Bill Qeytsi ABŞ-ın ən varlı adamı seçib.

Teleqraf.com xaricim mətbuata istinadən xəbər verir ki, jurnalın illik siyahısında 400 adam daxil edilib.

Nəşrin məlumatına görə, Qeyts son ildə sərvətinin 3.2 milyard dollar artırıb. Hazırda onun 76 milyard dollar sərvəti var.

Siyahıda ikinci pillədə 62 milyard dollarla Uorren Baffett, 3-cü yerdə 47.5 milyard ilə Larri Ellison tutub.

Rüstəm


Müəllif: