4 Oktyabr 2015 19:27
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yubiley tədbirində unudulmaz sənətkarın zəngin yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunacaq.

Daha sonra böyük səhnədə Süleyman Ələsgərovla birgə çalışmış sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

Gecədə, həmçinin görkəmli sənətkarın çəkildiyi filmlərdən kadrlar nümayiş etdiriləcək.



Müəllif: