15 Oktyabr 2015 12:22
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün xalq artisti Nuriyyə Əhmədovanın bacısı Maya xanım xalq artistinin yas mərasimi üçün yardıma ehtiyacı olduğunu demişdi.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov Nuriyyə Əhmədovanın yas mərasimi üçün maliyyə ayrıdığını deyib: “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq köməklik ediləcək. Şəxsən cənab nazir Əbülfəz Qarayev tərəfindən göstəriş verilib. “Azərbaycanfilm” kinostudiyası ilə əlaqə saxlanılıb və köməklik göstəriləcək. Bir daha xalq artistimizə Allahdan rəhmət diləyir və yaxınlarına başsağlığı veririk”.

Xalq artisti oktyabrın 10-da qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər