Artıq 7 ildir ki, biz Müslüm Maqomayevlə vidalaşmışıq. Bu müddətdə onun yolunu davam etdirən heç kəs dünyaya gəlməyib. Bu gün ki gündə də post sovet məkənında keçirilən müsabiqələrdə az da olsa Müslimin ifa tərzinə və ya səsinə oxşarı olanda münsiflər heyətini həyacanlandırır və tamaşıçıların diqqətini özünə cəlb edir. İstedadından söz açanda isə yalnız səhnədəki peşəkarlığına yox, mütləq onu tamamlayan yüksək insani keyfiyyətlərinə də toxunmaq lazımdır. Müslimin istedadı insan keyfiyyətləri, peşəkarlıq qabliyyəti və səhnə mədəniyyəti bir-biri ilə sıx bağlıdır. Bu səbəbdən Müslim janrıdan asılı olmayaraq insanları ifa etdiyi sadə və ya ciddi əsərləri ilə ovsunlayırdı.
Müslim Maqomqyev - Qızıl Orfey festivaldakı konsertda (1972)
Müslümin canı da, sözü də, həyatı da Bakı idi. Gənclik dəcəlliyi, insanları millətdən asılı olmayaraq xeyirxahlıqlarlarına görə qiymətləndirmək xüsusiyyəti də böyüdüyü şəhərə xas olan keyfiyyətlərdəndir. Dostluq etmək bacarığı, sözünə sadiq qalmaq ilk illərindən onun xüsussiyətinin əlamətlərindəndir. Məhz bu səbəbdən yaşadığı məkəndan asılı olmayaraq dünyanın bütün şəhərləri arasında Bakı onun üçün ən əziz və doğma olub. Özü dediyi kimi "Azərbaycan torpağında doğulub boy atmışam. Azərbaycan məni böyüdüb yaşa çatdıran anadı. Ona görə də mən həmişə Azərbaycanda varam və həmişə Azərbaycanda olacağam."
Müslimin doğma Bakısı
Onun peşəkər səviyəsi haqqında söhbət etmək mütəxəssislərin işidir. Xatırladığım əhvalat boş yerdən yadıma düşmədi. Güman edirəm ki, o, Müslümin Bakı bağlılığının səbəbləri çoxsaylı amillərinin biridir.
Müslim Maqomayev əmisi Cəmil müəllimlə nərd oynayır
Həmvətənlərimizin bu gözəl insanla bağlı xatirəsi əbədidir. O həyatda harada olursa, olsun həmişə Bakının adını ucaldıb. Arzu edirəm ki, bizim səhnəyə çıxan yeni, gənc ifaçılarımız üçün onun yaradıcılıq səviyyəsi həmişə arzuladığı zirvə olacaq.
Ehtimal oluna bilər ki, ifa etdiyi "Əlvida Bakı" mahnısı onun dünyasını dəyişən zaman doğma Bakısı ilə vidalaşmağını özündə əks etdirirdi. Onun Sergey Yeseninin "Əlvida Bakı"şeirinə bəslədiyi mahnının ifadəsi da bu cür düşünməyə əsas verir. Müslüm kimi bu şeirin sözlərini səsləndirən bəlkə də olmayıb. Həyət yoldaşı Tamara Sinevskaya təsdiqləyirdi ki, son zamanlarda Müslümin S.Yeseninin yaradıcılığına diqqət artması hiss olunurdu. Çox güman ki bunun da yalnız özünə məlum olan səbəbləri vardı.
Müslüm ilə vidalaşma mərəsimi babası Müslim Maqomayevin adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasında keçirildi.
Tanrı Azərbaycana onun adını dünyada ucaldan iki dahi Müslüm bəxş edib. Onların yaratdıqları əbədi yaşayacaq. Allah hər ikisinə rəhmət etsin!