3 Noyabr 2015 10:35
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüsniyyə Mürvətova oğlundan danışıb.

Aktrisanın Teleqraf.com-a açıqlamasına görə, oğlu aktyor olmaq istəyir: "Oğlum Orxan aktyor olmaq istəyir. Hətta bəzən deyir ki, "rejissorlar hara baxır, niyə məni görmülər?" Zarafat bir yana, hiss edirəm ki, aktyorluq sənətinə həvəsi var. Əslində, mən onu qınamıram. Çünki atası rejissor, babası aktyor, anası aktrisadır. Yəni bu ailədən gəlir və genində var. Oğlum olduğuna görə demirəm, çox istedadlı uşaqdır. Həm də mükəmməl zövqü var. Hər tamaşanı bəyənmir və hər şeyə tənqidçi kimi yanaşır. Mənim də tənqidçim odur. Hansı ekran əsərində çəkilirəmsə, Orxanın fikrini soruşuram. Onun fikirləri mənim üçün çox önəmlidir.

Onu da deyim ki, aktyor olmasını istəmirəm. Çünki bu sənət gözəl olduğu qədər çətindir. Mən öz sənətimi çox sevirəm, bu sənətin vurğunuyam. Çox maneələrlə üzləşmişəm. Amma sənətimə olan sevgim maneələri dəf etməyimə kömək edib. Oğlum da aktyor olmağı çox istəyəcəksə, olacaq. Mən onun qarşısını kəsə bilmərəm. Yox, bu, sadəcə, həvəsdirsə, onda elə aktyor olmasa yaxşıdır".

Rəqsanə


Müəllif: