9 Noyabr 2015 19:19
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruz Oksana Rəsulova ilə çəkildiyi filmdən danışıb.

Xalq artisti Teleqraf. com-a bildirib ki, filmdə müəllim obrazını canlandırır: "Bu obraz indiyə qədər oynadığım obrazlardan tam fərqlidir. Hər zaman sevimli bir qəhrəmanı oynayan aktyor bir gecənin içində xalqın nifrət etdiyi bir adama çevrilə bilər(gülür). Fikirləşirəm ki, 21-ci əsrdir və tamaşaçılar bilirlər ki, aktyor hər obrazı oynamalıdır. Tamaşaçılar aktyorun necə obraz canlandırmasına yox, peşəkar oyununa fikir verməlidirlər Bu filmdə süjet xətti Hollivud süjetlərinə oxşayır. Oksana mənimlə vuruşan müəllimədir. Biz əks cəbhələrik. Mən pis, o isə yaxşı müəllimədir. Film haqqında çox danışmaq istəmirəm. Tamaşçılara sirr qalsın".

Rəqsanə


Müəllif: