5 Dekabr 2015 23:54
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telejurnalist Nigar İsmayılqızı Gənc Tamaşaçılar Teatrında esselərdən ibarət “Pamukun qonşusu” adlı kitabını təqdim edib.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov səbəbkarı təbrik edib: “Nigar çox istedadlı xanımdır. Türkiyədə telejurnalist kimi fəaliyyət göstərir. “Pamukun qonşusu” kitabının ilk oxucusu mən oldum. Esselər çox maraqlıdır. Kitabın davamının gəlməsini arzu edirəm”.

Yazıçı Elçin Hüseynbəyli isə kitaba ön söz yazdığını bildirib: “Nigar İsmayılqızının zəngin iç dünyası var. İnsanların psixologiyasını çox gözəl bilir və ona uyğun əsər yazıb”.

Təqdimat mərasimində yazıçı Çingiz Abdullayev, əməkdar artist Füzuli Hüseynov, xalq rəssamı Arif Hüseynov, "Gündəlik Teleqraf" qəzetinin şef redaktoru Taleh Şahsuvarlı və başqaları iştirak edib.

Kitab Azərbaycan Yazıçılar Biriliyi tərəfindən nəşr edilib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər