Teleqraf.com tanınmış şair İlham Qəhrəmanın "Günəşli" faciəsinə həsr etdiyi şeiri təqdim edir:
Allahdan rəhmət diləyək
Dənizdə qərq olanlara.
Bizdən küsüb balıqlara
Gedib qonaq olanlara.
Əl hər yerdən üzüləndə
Tanrını görüb keçənlər.
Oddan, sudan üz çevirib
Ölümə tərəf keçənlər.
Ləpə-ləpə düşüb suda
İndi onları gül gəzir.
Bizim gözümüz yol çəkir,
Onların gözü yol gəzir.
09.11.2015