17 Dekabr 2015 16:58
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif Bəhmənli işdən azad olunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət edib.

Teleqraf.com xəbər verir ki, o bu haqda şəxsi feysbuk ünvanında məlumat verib:

“Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar. Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm”.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov isə bildirib ki, Vaqif Bəhmənli hazırda məzuniyyətdədir: “Onun işdən çıxarılması haqqında əmr yoxdur”.

Qeyd edək ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə “Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şeir “525-ci qəzet”də tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər