Gələn ildən etibarən şou-biznes nümayəndələri iştirak etdikləri el şənliklərinə görə vergiyə cəlb olunacaqlar. Bu, onların toy qiymətlərinə təsir edəcəkmi?
Teleqraf.com-un keçirdiyini sorğunu təqdim edirik:
Abbas Bağırov: “Vergimi vaxtımda ödəyirəm. Açığı, bu barədə danışmaq istəmirəm”.
Fatimə Fətəliyeva: “Toylarda rəqqasə kimi iştirak eləmirəm. Çünki həm şirkətim var, həm də müəllimə kimi fəaliyyət göstərirəm. “Banu” adlı şirkətim var. Hər ay vergimi ödəyirəm. Nə qədər qazancım varsa, ona uyğun vergi verirəm. Xınayaxdı mərasimlərində iştirak üçün aldığım pulu artırmaq istəmirəm. İş azdır, bu aydan fevral ayına qədər, ümumiyyətlə, sifariş yoxdur. Nəinki qiyməti qaldırmaq, hətta endirməyi düşünürəm”.
Oksana Rəsulova: “Vergimi həmişə ödəmişəm. İnanmıram ki, qiyməti qaldırmağa ehtiyac yaransın. Müğənniləri də son vaxtlar toylara az dəvət edirlər. Çünki insanların imkanları azalıb. Ona görə də toy qiymətini qaldırmağı düşünmürəm”.
Roza Zərgərli: “Toy qiymətini çox deyəndə ona uyğun da vergi ödəyirsən. Ona görə də qiyməti qaldırmağa ehtiyac yoxdur. Hər şeyin real, şəraitə uyğun dəyərini deməyi və eşitməyi sevirəm”.
Elariz Məmmədoğlu: “Qiymətləri qaldırmaq lazım deyil. Çünki toyların sayı azalıb, insanların maddi problemləri var. Bu da dünyada baş verən proseslərlə bağlıdır. Qiymətlərdə dəyişiklik etməyi düşünmürəm”.
Rəqsanə