22 Dekabr 2015 00:34
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ələsgər Məmmədoğlu ilə vida mərasimi yaşadığı mənzildə keçiriləcək.

Bunu Teleqraf.com-a aktyorun kürəkəni Vüqar Abdullayev deyib: "Akademik Milli Dram Teatrından vida mərasimi ilə bağlı hər hansı məlumat verilməyib. Hələ ki, "Qurd qapısı" qəbristanlığında dəfn edilməsi planlaşdırılıb. Eləcə də başqa qəbristanlıq da ola bilər. Amma teatrdan hər hansı məlumat verilsə, ona uyğun hərəkət ediləcək. Artıq aktyorlar gəlirlər".

V.Abdullayev əməkdar artistin qəflətən vəfat etdiyini deyib: "Yatmağa getmişdi. Birdən xırıltı səsi eşitdik. Qəflətən dünyasını dəyişdi".

Rəqsanə


Müəllif: