27 Dekabr 2015 01:52
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Həddən artıq uyğunluq” adlı filmin çəkilişlərinə start verilib.

Axar.az xəbər verir ki, filmin ssenari müəllifi Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə xalq artisti Afaq Bəşirqızı, aktyorlar Aydan Axundova, Kamran Ağabalayev və Tural Əsədov rol alacaq.

Şərti adı “Həddən artıq uyğunluq” olan film dövlət sifarişi ilə çəkilir. Ekran əsərinin çəkilişləri ABŞ-da başlayıb, Azərbaycanda davam etdiriləcək.


Müəllif: