17 Fevral 2016 19:12
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi musiqiçi Pol Makkartnini tanımayan mühafizəçi onu “Qremmi” mərasimindən sonra təşkil olunan ziyafətə buraxmayıb.

Tədbirə, həmçinin müğənni Bek və “Foo Fighters” qrupunun barabançısı Teylor Hokins də gələ bilməyib.

“The Beatles” qrupunun keçmiş üzvü barədə material hazırlayan TMZ internet-nəşrinin fotoqrafı insidentin Los-Ancelesdəki “Argyle” gecə klubunun girişində baş verdiyini deyir: “Makkartni iki dəfə kluba daxil olmağa cəhd etsə də, mühafizəçilər onu tanımayaraq qarşısını kəsiblər”.

“Argyle” gecə klubunun nümayəndəsi isə heç kimin Makkartnini girişdə saxlamağa cəhd etmədiyini bildirib. Onun sözlərinə görə, musiqiçi sadəcə olaraq ünvanı səhv salıb, “Republic Records” studiyası tərəfindən təşkil olunan ziyafətə gedib. “The Beatles” qrupunun 73 yaşlı keçmiş üzvü səhv gəldiyini anlayaraq geri qayıtmalı olub.

Xatırladaq ki, Pol Makkartni bir vaxtlar “The Beatles” qrupunun heyətində 10 “Qremmi” mükafatı qazanıb.


Müəllif: