19 Fevral 2016 16:06
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Roza Zərgərli Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Roza xanım, ifa etdiyiniz yeni mahnını - "İdman"ı təqdim etdiniz…

- Bəli, yeni mahnımız işıq üzü gördü. Mahnı radio dalğalarında səslənir. Tamaşaçılar tərəfindən yaxşı qarşılandı. İkinci dəfədir ki, türk dilində mahnı oxuyuram. İnşallah, klip də çəkdirəcəm.

- Bir müddət əvvəl qeyd etmişdiniz ki, Rusiyadan və Türkiyədən sizə layihələr təqdim edilib…

- Bəli, Rusiya , Türkiyə ilə yanaşı Tacikstandan, Özbəkistandan da layihələr təqdim olunub. Hazırda müəyyən maliyyə problemləri olduğuna görə təkliflər gələndə düşünürük ki, evdən iki-üç həftəlik kənara getməyə dəyərmi, dəyməzmi? Türkiyədən təqdim edilən layihəmiz olacaq. Bunu yaya nəzərdə tutmuşuq.

- Türkiyə şou-biznesinə qatılmağı düşünürsünüz?

- 2011-ci ildə “İstanbul qızı” layihəsindən sonra Türkiyə şou-biznesinə qatılmaq üçün təklif almışdım, amma dəyərləndirmədim .Klipim “Kral TV”-də bir il təmənnasız yayımlandı. Bundan sonra da heç yerə getmək fikrim yoxdur. Çünki onların öz müğənniləri çoxdur. Biz Türkiyəyə yalnız qonaq kimi gedə, konsert verib, efirlərə çıxıb gələ bilərik.

- Roza Zərgərli sənətdə istədiyi zirvədədirmi?

- Sənət adamı üçün məhdudiyyət yoxdur. Sözsüz ki, hər sənətçi mərhələ-mərhələ zirvələri fəth eləmək istəyir. Fəth etməyə zirvə qalmayanda sakit oturub sanbalını, sənətini qorumalıdır . Yaxud kənara çəkilib ailəsi ilə məşğul olmalı, sənətini xarici ölkədə davam etdirməlidir. Roza Zərgərli hələ ki, istədiyi yerdə deyil. Sənət yolunun əvvəlindədir. Baxmayaraq ki, 16 ildir bu sənətdəyəm. Hər səhər yuxudan oyananda ilk dəfə imiş kimi işimə başlayıram.

- Sənətdə rəqib bildiyiniz müğənni varmı?

- Bəli, var. Rəqib bildiyim müğənnilər çoxdur. Həm də yoxdur (gülür). Çünki onlar məni özlərinə rəqib sayırlar, amma mənim üçün rəqib yoxdur.

- Məsələn, hansı müğənnilər sizə özlərini rəqib görürlər?

- Onlar özləri bilirlər, arxamca danışanlar və s. Onu siz məndən yaxşı bilirsiniz.

- Oğlunuz Corc aktyordur. Bu sahədə fəaiyyətini dəstəkləyirsinizmi?

- Övladlarımın incəsənət sahəsində olmasını pis qarşılamıram. Oğlum 9 yaşından bu sənətdədir. Qızım isə bu sahəyə yeni adımlayır. Qızım vokal ifaçılığını seçib. Kiçik oğlum isə babası kimi hərbçi olmaq istəyir. Onun15 yaşı var.

- Tanınmış müğənnisiniz. İnsanlara maraqlıdır, ev xanımı kimi necəsiniz?

- Yaxın günlərdə kitabım çıxacaq və orada ev xanımlığım haqqında da yazmışam. Hər bir qadın ev qadını olmaq məcburiyyətindədir. Mənim qızım da ev işləri görür. Yemək də bişirə bilir. Kim ki deyir ki, mən yemək bişirə bilmirəm, o adam gülüncdür. Bu, dəb deyil. Mən evdə paltar da yuyuram, yemək də bişirirəm.

- Daha çox hansı yeməkləri bişirirsiniz. Sevdiyiniz yemək hansıdır?

- Daha çox xəmir xörəklərini sevirəm və bütün yeməkləri hazırlayıram.

- Köməkçiniz varmı?

- Köməkçim yoxdur. Sadəcə evimi yığışdırmağa kömək edən xanım var. Heç vaxt mətbəximdə başqa xanım olmayıb. Düzdür, hazırda mənə kömək edən xanımın bişirdiyi yeməkləri də yeyirəm. Mən evdə olmayanda yeməyi o bişirir.

- Roza xanım, adınız bir çox qalmaqallarda, Aygün Kazımova, Anar Ağakişiyev və s. səsləndi. Qalmaqalların sizin sənətinizə təsirini bilmək istərdik…

- Neçə illərdir ki, səhnədəyəm və hər bir jurnalist bilir ki, Roza Zərgərli qalmaqallı müğənni deyil. Sadəcə söz “çəpliyi”, söz azadlığı və fikir bildirməyim buna səbəb olur. Bu gün statusuma görə haqqımdır ki, məni bezdirən insanlara deyim ki, susun, bəsdirin! Yenə də deyirəm, Roza Zərgərli qalmaqallı müğənni deyil və öz işi ilə məşğuldur. Sözümü dedim və kənara çəkildim. Ağılsız bəndə deyiləm, mən də qalmaqal etməyi bacarıram. Amma qalmaqal etmirəm. Bunu bəzi madiyyatla xəbər yazan jurnalistlər şişirdilər. Onların da yaşları 25 yaşa qədərdir. Təzə gəliblər və bir məqaləni belə yaza bilmirlər. Bu qalamaqal deyildi, mənə söz demişdilər və mən də cavab verdim.

- Hazırda Aygün Kazımova ilə münasibətiniz necədir?

- Heç kimlə münasibətim pis deyil. Öz işimlə məşğulam. Klipim üzərində işləyirik. İki böyük layihəmiz var. Çünki başım onlara qarışanda, onların səviyyəsində də qalıram. Qoy işlərimi görüm və yenə də başlasınlar “Youtube” kanalından kliplərimi sildirməyə, şantaj etməyə, hədə-qorxu gəlməyə, arxamca danışmağa… Mən işimi görüm, onlar da arxamca danışmağa başlasınlar.

- Həmkarınızla dostluğunuz səmimidirmi? Eyni sənət sahibinin dostluğu səmimi ola bilərmi?

- Bəli, səmimi dostluq etdiyim sənət dostlarım var. Samira Allahverdiyeva, Elnur Məmmədov, Yaşar, Ayaz və s. dostluq edirəm. Deyim ki, 24 saat birlikdə oluruq, yox. Hamının ailəsi, uşaqları var. Məclislərdə, tədbirlədə bir araya gəlirik.

- Sizi həm də varlı bir sənətçi kimi tanıyırlar…

- Elə görünür.

- Biznesiniz varmı?

- Var, amma biznesin şou-biznesə aidiyyatı yoxdur. Ailə biznesidir. Sənətimə çox pul xərcləmirəm və mahnılarıma, kliplərimə də sənətimdən qazanıb xərcləyirəm.

- Güclü xanımsınız. Şou-biznesin öndə gedən müğənniləri ilə qalmaqal etdiniz, amma çəkinmədiniz. Bəzi müğənnilər sizin kimi deyillər, çəkinirlər…

- Demək istiyirsiniz ki, Aygünə niyə cavab verdin, digərləri yaltaqlanır? 2001-ci ildə səhnəyə təzə gəlmişdim. Aygün özü məni qalmaqala çəkirdi. Mən o zaman heç kim idim. O haqda ətraflı danışmaq istəmirəm. Mənim heç kimdən qorxum yoxdur, yalnız Allahdan başqa. Yenə dava etsə, cavabını alacaq. Kim də qarşıma çıxacaq, özümə söz vermişəm ki, başları pambıqla kəsə-kəsə irəli gedəcəm. Çünki mülayim, sadə, sülhsevər Roza heç kimə lazım deyil.

Sadəcə tamaşaçımı sevib, onlara qarşı mülayim olacam.

- Tarix Əliyevlə münasibətiniz necədir?

- Heç kimlə münasibətim yoxdur.

- Bu qalmaqallar sizin toya getməyiniz üçün problem yaratmadı ki?

- Yaratsın… Mən toy ilə yaşamıram.

- Roza filan toyda, tədbirlədə olmasın deyənlər var?

- Eşidirəm ki, deyənlər var. Ruzini verən Allahdır. Onlar oradan kəsir, yerinə başqa yerdən ruzi gəlir. Ondan da yaxşı konsert proqramı olur.

- Bəs siz tədbirə gedərəkən hansısa sənətçinin iştirakı ilə bağlı şərtiniz varmı?

- Heç vaxt soruşmamışam ki, filan tədbirdə hansı müğənni iştirak edəcək.

- Dost bildiyim kanallar məni dəvət edirlər. Bir-iki kanal məni dəvət etmir, özləri bilərlər. Ən əsası dövlət kanalları ilə sıx əməkdaşlığımız var. Yaxın günlərdə “Bakı vaxtı ilə” verilişimiz yenidə İTV-də yayımlanacaq.

- Səbəb nədir?

- Bilmirəm… Maraqlı deyiləmmiş... Ödənişli müğənniyəmmiş. Mən “raskrutka” etdiyim insanlar ödənişsiz, mən ödənişliyəmmiş… Amma bunlar mənim üçün boşdur. Yenə də mənim toylarım, konsertlərim var. Xaricdən üç qonararlı konsert təklifi almışam. Efir müğənnini müğənni etmir. Mətbuat, gündəm müğənnini müğənni edir. İndi kim televizora baxır ki? Mən öz dəyərimi bilirəm.

Rəqsanə

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər