28 Fevral 2016 12:17
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı və aktyor Kənan İşık dünyasını dəyişib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, uzun müddətdir komada olan aktyorun ölüm xəbərini Beşiktaş Bələdiyyə başqanı Murad Hazinedar sosial şəbəkədə yazıb.

“Dəyərli sənətçimiz Kenan İşıkı itirdik. Onu daim gülən üzüylə xatırlayacam. Məkanı cənnət olsun”.

Yayılan xəbərlərə münasibət bildirən Kənan İşıkın yaxınları isə "Məşhur aktyor yaşayır, vəfat etməyib" deyiblər.

Qeyd edək ki, Kənan İşık 2014-cü ilin mart ayında idman zalında yıxılaraq başından zədə almışdı.

Ramal


Müəllif:

Oxşar xəbərlər