9 Aprel 2016 16:02
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktyorların oynadığı “Qız qaçıran” filminin Türkiyədə gala-gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə istehsalı olan filmdə Azərbaycandan Kamran Ağabalayev və hazırda qonşu ölkədə yaşayan Könül Nağıyeva çəkilib.

Filmin ssenaristi və rejissoru Korhan Uğurdur. Ekran əsərində həmçinin Emir Benderlioğlu, Ceren Benderlioğlu, Levent Ülgen, Osman Cavcı və başqaları çəkilib.

Filmin süjet xəttinə görə, baş qəhrəman Əhməd keçmiş sevgilisi Gülü toy günü gəlin maşınında qaçırır. Əhmədin Gülə bir sürprizi də var.

Belə ki, qaçırılan tək adam Gül deyil. O, Güllə barəbər toydan bəyi də qaçırır. Qaçırma ilə bağlı Əhmədin xüsusi planı yoxdur. Babasının kəndinə getmək üçün isə qardaşından kömək istəyir və yol boyu başına inanılmaz hadisələr gəlir.

Filmin prodüserlərindən biri Serpil Altın Teleqraf.com-a açıqlamasında filmin Azərbaycanda da nümayiş etdiriləcəyini deyib.

Nərmin


Müəllif: