11 Aprel 2016 17:32
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın “Rossiya 1” telekanalında yayımlanan “Odin v odin” proqramında muğamın ermənilər tərəfindən məharətlə oxunduğunu söyləməsi xalq artisti, ustad xanəndə Əlbaba Məmmədovu da qəzəblədirib.

Publika.az-a açıqlama verən sənətkar bu sözləri deyib: “Ermənidən heç vaxt sənətkar çıxmayıb, çıxmayacaq da. Onların heç musiqisi də yoxdur, bizdən oğurladıqlarını oxuyurlar. Orda-burda da bizim musiqiləri adlarına çıxmaqla öyünməyə çalışırlar. Rusiyalı müğənninin də onları tərifləməsində qeyri-adi heç nə yoxdur. Həmişə ruslar onları müdafiə edib. Ermənilər o vaxt Bakıda kamança çalmağı bizim sənətkarlardan öyrənirdilər. Hətta bizim muğam ifaçılarına həsəd aparırdılar. Bizim xanəndələrin başına şabaş tökürdülər. Onlar nə bilir xırdalıq nədir, zəngülə nədir? Halva-halva deməklə ağız şirin olmur e, gərək əlindən bir iş gələ.


Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bütün dünyada Azərbaycan muğamını təbliğ etdi, tanıtdı. Bu gün də muğamatımızın himayədarıdır”.


Müəllif:

Oxşar xəbərlər