Aprelin 16-da Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, azərbaycanlı opera ustaları bu tamaşada Belarus və Ukraynadan dəvət olunmuş həmkarları ilə birlikdə çıxış edəcəklər.
Teatrın ən istedadlı vokalçılarından əməkdar artistlər İnarə Babayeva Rozina, Əkrəm Poladov doktor Bartolo, Səbinə Əsədova Berta, xalq artisti Əli Əsgərov Don Bazilio və gənc solist Tural Ağasıyev isə Fiorello rollarını ifa edəcəklər.
Tamaşada əsas partiyalardan biri olan qraf Almaviva partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti Nikolay Şulyak ifa edəcək. Fiqaro partiyasını isə Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromov ifa edəcək.
Tamaşanın dirijoru Əyyub Quliyevdir.
Nərmin