21 Aprel 2016 15:39
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Xalidə Quliyeva 2010-cu ildə çəkilmiş “Əlavə təsir” filmində sonra heç bir Azərbaycan filminə dəvət almayıb.


Bu barədə Teleqraf.com-a Xalidə Quliyeva özü danışıb.

Əməkdar artist bildirib ki, son illər Azərbaycandan çox İranda filmə çəkilib. Onun sözlərinə görə, hazırda çəkilən filmlərdə qadın aktrisalara çox az yer verilir: “Son çəkilən filmlərə baxıram, hamısında kişi obrazlar üstünlük təşkil edir. Bu, yaxşı hal deyil.

Dünya kinosunda ən uğurlu filmlərə baxın, əksəriyyəti qadın problemlərinə toxunan, baş qəhrəmanı qadın olan ekran əsərləridir. Bu mənada biz də filmlərimizin əcnəbi ölkələrdə, festivallarda nümayiş olunmasını, mükafat qazanmasını istəyiriksə bu təcrübədən yararlanmalıyıq.

Sevindirici hal odur ki, ilk belə qığılcım var. “Nabat” filmini nəzərdə tuturam. O filmə baxdım və dedim ki, şükür Allaha, Azərbaycanda hadisələrin, ekranın baş qəhrəmanı qadın olan bir film çəkən rejissor tapıldı.

Müəllif və festival filmidir. Biz böyük kinofestivallara çıxmaq istəyiriksə ancaq müəllif filmləri çəkməliyik”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər