21 Aprel 2014 17:28
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biznesmen müğənni Orxan Babazadə Türkiyənin sənət babası sayılan Orxan Gəncəbayla olan layihəsini nəhayət ki, gerçəkləşdirib.

Bu yaxınlarda İstanbuldan qayıdan Orxan Teleqraf.com-a bu barədə açıqlama verib. Onun sözlərinə görə, Orxan Gəncəbay onu evinə qonaq çağırıb:

“Türkiyənin sənət babası Etilərdə ən gözəl məhəllədə yaşayır. Orxan Gəncəbay çox səmimi və təvazökar bir insandır. Onunla ikinci dəfə görüşməyimə səbəb “Ya rəbbim” mahnısının klip çəkilişi ilə bağlı idi. Mahnını ifamda dinlədi və çox xoşuna gəldi. Hətta mənə sənətdə babalıq edəcəyini belə söylədi.
Klipimizə gəlincə, klipin Türkiyədəki kadrları artıq hazırdır, bircə qalıb Bakıda olan görüntüləri. İnşallah, klip hazır olduqdan sonra onu Orxan Gəncəbaya göstərəcəyik. Daha sonra isə onu söz verdiyim kimi “Kral TV”-də yayımlamaq fikrindəyəm. Klipin rejissoru Əsmər Kamilqızıdır”.

O bildirib ki, klip hazır olandan sonra Orxan Gəncəbayı Bakıya qonaq çağıracaq.

Pərvin


Müəllif: