Kann Beynəlxalq Film Festivalında Azərbaycan kino pavilyonu təşkil olunub.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, 6 il ardıcıl təşkil olunan pavilyon Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutur.
Azərbaycan kinematoqrafiyasını dünyanın ən nüfuzlu 69-cu kino toplantısında nazirliyin və kinostudiyanın nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edir.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası cari ildə Kann kino bazarına 6 film təqdim edib. “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri ”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq”, “Xeyirlə Şərin rəqsi” bədii filmləri festivala, dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çıxarılıb.
İstehsalın müxtəlif mərhələlərində olan “Üç gün və bir ömür”, “Nar bağı”, “Köşk” filmləri kino bazarın xüsusi bölməsinin iştirakçılarıdır.
Nərmin