2 İyun 2016 17:51
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur azərbaycanlı rəssam Abbas Kazımovun 60 illik yubileyi münasibəti ilə Moskvada sərgi açılıb.

Teleqraf.com xəbər verir ki, Dövlət Şərq Muzeyində gerçəkləşən mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşı Tamilla Əhmədova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, həmçinin Rusiyada akkreditasiya olunmuş bir çox xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, Rusiyanın və Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələri iştirak edib.

100-ə yaxın əsərin nümayiş olunduğu sərgi iyunun 19-na kimi davam edəcək.

1956-cı ildə Bakıda anadan olan Abbas Kazımov Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, daha sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1979-cu ildən etibarən həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda bir çox rəsm sərgilərində iştirak edib.

Fərdi sərgiləri Moskva, Vaşinqton və Kannda təşkil olunan rəssam Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının üzvüdür.

Nərmin


Müəllif:

Oxşar xəbərlər