9 İyun 2015 01:10
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək avarçəkənlərin səviyyəsi olduqca yüksəkdir və medallar qazanmağa imkan verir.

Bunu Trend-ə Milli Avarçəkmə Federasiyasının mətbuat katibi Elşən Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanı Oyunlarda 7 avarçəkən təmsil edəcək: "Bizi 4 kanoeçi və 3 kayakçı təmsil edəcək. Hazırlıq artıq başa çatıb".

E.Məmmədov xatırladıb ki, avarçəkmə yarışları Bakıda deyil, Mingəçevirdə keçiriləcək: "İdmançılarımız Mingəçevirdə məşq edirlər və orada onları yaxşı tanıyırlar. Mingəçevirdə keçirilən bütün yarışlarda xeyli sayda azarkeş olur. Azarkeşlər bizim medallar qazanacağımıza ümid edə bilərlər. Buna görə də onları gözləyirik. Biz də layiqli nəticə göstərməyə çalışacağıq".


Müəllif: