9 İyun 2015 16:39
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya “Bakı-2015”-də gimnastika yarışlarında 19 idmançı ilə təmsil olunacaq. Yüksək nəticələr əldə etməyə iddialı olan idmançılar yarışlara tam hazırdırlar.

21 yaşlı Rikkardo Pentassulya ilk Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb: “Bu yarışlarda iştirak etmək mənim üçün böyük bir macəra olacaq. Yüksək səviyyəli idman tədbiri hesab olunan “Bakı-2015” avropalı idmançılar üçün böyük təcrübədir. İlk dəfə təşkil olunan bu Oyunlar atletlərə fərqli duyğular bəxş edəcək. Rəqiblərimlə mübarizə aparmağa tam hazıram”.

19 yaşlı digər idmançı Mikela Kastoldi isə deyib: “İlk Avropa Oyunları qatıldığımız digər turnirlərdən çox fərqli olacaq. Nağıla bənzəyəcək bu yarışdan yeni və maraqlı bir mühit gözləyirəm”.

Avropa Gimnastika İttifaqının Aerobika üzrə Texniki Komitəsinin prezidenti Maria Kristina Kasentini bildirib ki, “Bakı-2015”-də iştirak etmək hər bir idmançı üçün böyük nailiyyət hesab olunur. Biz bu şansı dəyərləndirmək üçün səylə hazırlaşmışıq. İtaliya bu yarışda ilk dəfə olaraq gimnastikanın bütün növləri üzrə tam heyətlə təmsil olunacaq.


Müəllif:

Oxşar xəbərlər