23 İyun 2015 20:31
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı 2015" Birinci Avropa Oyunlarında qadın voleybolçuların 1/4 final uğrunda mübarizəsinin ən gözlənilən qarşılaşması olan Azərbaycan və Hollandiya komandaları arasındakı görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, oyunu izləyənlər arasında Azərbaycan Voleybol Federasiyasının prezidenti, Nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Gənclər və idman naziri Azad Rəhimov, Milli Məclis sədrinin vitse-spikeri Ziyafət Əsgərov olub.

İlk hissənin birinci texniki fasiləsinə Azərbaycan üstün yollanıb: 8-2. İkinci texniki fasiləyə də komandamız üstün ayrılıb: 16-7. Birinci setin qalibi Azərbaycan yığması oldu: 25-21.

İkinci hissənin birinci texniki fasiləsinə 8-5 hesabı ilə hollandlar üstün ayrılıb. Bu hissənin ikinci texniki fasiləsini Azərbaycan 16-14 hesabı ilə üstün başa vurub. Bu setdə Azərbaycan komandası 25-23 hesabı ilə qalib gəlib.

Üçüncü setin birinci texniki fasiləsinə komandamız üstün yollanıb: 8-3. Bu setin ikinci texniki fasiləsinə voleybolçularımız 16-10 hesabı ilə irəlidə ayrılıb. Üçüncü hissəni də 25-14 hesabı ilə üstün başa vuran voleybolçularımız ümumi oyunun qalibi olub və yarımfinala vəsiqə qazanıb.

Samir


Müəllif: