29 İyun 2015 16:05
2 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı-2015” I Avropa oyunlarının yekunlarına həsr olunan tədbirdə medal qazanan idmançıları mükafatlandırıb.

Teleqraf.com-un məlumatına görə, ölkə başçısı qızıl medal sahiblərinə “Şöhrət” ordeni təqdim edib, gümüş və bürünc mükafatçılar isə “Tərəqqi” medalı ilə təltif olunublar.

Taekvondo üzrə gümüş mükafatçımız Fəridə Əzizova, güləş üzrə gümüş mükafatçı Rafiq Hüseyniov, bürünc medalçımız Elman Muxtarov, karate üzrə bürünc medalçı Niyazi Əliyev mükafatların fotolarını sosial şəbəkələrdə paylaşıblar.


Müəllif: