Qvatemalada prezident Otto Perezə helikopter hədiyyə edən iki nazir həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Manuel Lopez Ambrosio və Maurisio Lopez Bonilla korrupsiya ittihamı ilə saxlanılıb.
İlkin ehtimallara görə, nazirlər helikopteri dövlət büdcəsindən oğurladıqları pullarla alıblar: "Hər iki nazir artıq istefaya göndərilib. Lopez Ambrosio Qvatemalada müdafiə, Lopez Bonilla isə daxili işlər naziri vəzifəsini tutublar".
Samir