Ukrayna prezidenti Petro Poroşenko Lvov şəhərindəki yanğının söndürülməsi üçün Türkiyənin köməyə hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Poroşenko Tvitter hesabında yardım əlini uzatdığı üçün türkiyəli həmkarına təşəkkürünü bildirib.
"Prezident Rəcəb Tayyib Ərdoğana Lvov yaxınlığındakı yanğının söndürülməsi üçün Ukraynaya xüsusi helikopter göndərməyə hazır olmasından dolayı minnətdaram. Dost dar gündə tanınanr", deyə Poroşenko Tvitter hesabında qeyd edib.
Ayxan