22 İyun 2014 22:35
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillə Suriya sərhədində terakt törədilib.

Bu gün səhər İsraillə Suriyanın sərhədindəki Golan yüksəkliyində, Aloney Başan qəsəbəsi yaxınlığında avtomaşın partlayıb.

Partlayan maşının sahibi İsrailin Müdafiə Nazirliyində müqavilə əsasında podratçı işləyirmiş.

Partlayış nəticəsində atasının iş yerinə gəlmiş 12 yaşlı oğlan ölüb, daha 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Maşının Suriya tərəfdən açılan atəş nəticəsində, ya da başqa səbəbdən partlaması məlum deyil. İsrail Müdafiə Nazirliyi bildirib ki, partlayışın səbəbləri araşdırılır./anspress/


Müəllif: