ABD-da demokratlar və respublikaçılar arasında siyasi qütbləşmə son 25 ildə ən yüksək səviyyəyə çatıb. Teleqraf.com xəbər verir ki, bu barədə "Pev" Araşdırma Mərkəzinin araşdırmasında qeyd olunur.
Aparılan sorğunun nəticələrinə görə, hər iki partiya üzvlərinin təxminən 55 faizi bir-birinə səmimi şəkildə nifrət edirlər və qarşılıqlı inamsızlıq hökm sürür.
Qeyd olunur ki, iki partiyanın üzvlərinin qarşılıqlı kin-küdurəti 1992-ci ildən bu yana pik həddə çatıb. Qarşıdan gələn prezident seçkiləri fonunda münasibətlər getdikcə mənfiyə doğru dəyişir.
Ayxan