28 İyun 2016 12:12
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya dövlət başçısı Valdimir Putinə göndərdiyi məktuba münasibət bildirib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Kadırov özünün İnstagram səhifəsində belə yazıb:

"Rusiya prezidenti Valdimir Putin ölkəmizlə bir dəfə əlaqələri pozmaq yerinə yüz illərlə dost qalmağın zərurətini göstərən böyük bir güc olduğunu bir daha sübut elədi. Biz Türkiyənin zərərə görə təzminat ödənməsi və günahkarların cəzalandırılması problemini də həll edəcəyinə ümid edirik".

Kadırov on minlərlə türk inşaatçının işsiz qalmasına, Rusiya sənayesinin şökməsinə baxmayaraq rus hökumətinin doğru qərar verdiyini vurğulayıb: "Çünki rus vətəndaşının canı və və ölkənin şərəfi milyardlarla ölçülmür".

Mahir


Müəllif:

Oxşar xəbərlər